10 İyul 01:10 “Qəbələ” Serbiyaya, “İnter” isə İslandiyaya gedəcək
FUTBOL xəbərləri 10 İyul 01:10
1496 baxış

“Qəbələ” Serbiyaya, “İnter” isə İslandiyaya gedəcək

İyulun 9-da baş tutan UEFA Avropa Liqası I təsnifat mərhələsi cavab qarşılaşmalarnın nəticəsinə əsasən növbəti mərhələyə keçmiş Azərbaycan klublarının II mərhələdəki rəqiblərinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Tiflis “Dinamo”sunu yolundan kənarlaşdıraraq tarixində ilk dəfə növbəti mərhələ sevinci yaşamış “Qəbələ”nin rəqibi Serbiyanın “Çukariçki” klubu olacaq.

 

Serblər Sloveniya “Domjale”sini iki oyunun nəticəsinə görə geridə (1:0, 0:0) qoyaraq növbəti turda oynamağa haqq qazanıblar.

 

“Qəbələ” ilə “Çukariçki” arasındakı ilk oyun iyulun 16-da Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Cavab görüşü isə bir həftə sonra Qəbələdə keçiriləcək.

 

Növbəti mərhələdə çıxış etməyə haqq qazanmış digər təmsilçimiz Bakının “İnter” klubu isə İslandiya təmsilçisi “Hafnarfyordur” ilə qarşılaşacaq. İslandiyalılar ikinci mərhələyə Finlandiya təmsilçisi SJK-nı üstələyərək çıxıb.

 

Belə ki, ilk oyunda səfərdə 1:0 hesablı qələbə qazanmış “qeyzerlər ölkəsi”nin təmsilçiləri cavab qarşılaşmasında, öz meydanında da eyni nəticəyə nail olaraq növbəti mərhələyə çıxmağa haqq qazanıb.

 

Qeyd edək ki, reqlamentə görə, “İnter” də “Qəbələ” kimi ilk oyununu iyulun 16-da səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra evdə keçirəcək.

 

UEFA Avropa Liqası

 

II təsnifat mərhələsi, 16 iyul

 

“Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)

“Hafnarfyordur” (İslandiya) – “İnter” (Azərbaycan)

Xəbər lenti