25 İyul 10:50 “Qəbələ” və “İnter” yenə eyni vaxtda
FUTBOL xəbərləri 25 İyul 10:50
1060 baxış

“Qəbələ” və “İnter” yenə eyni vaxtda

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu turnirdə çıxış edən hər iki Azərbaycan klubu eyni vaxtda meydana çıxacaq.

 

Belə ki, avqustun 6-da keçiriləcək “Qəbələ” – “Apollon” (Kipr) və “İnter” – “Atletik” (İspaniya) matçları saat 21:00-da start götürəcək. Bakılılar “İnter Arena”da, əyalət klubu isə paytaxtdakı “Bakcell Arena”da oynayacaq.

 

Qeyd edək ki, iyulun 23-də baş tutan II təsnifat mərhələsinin cavab oyunlarında da “Qəbələ” və “İnter” eyni saatda meydana çıxmışdı.

Xəbər lenti