15 Avqust 21:58 "Qəbələ" və "Qarabağ" Avroliqa öncəsi ilk qələbələrini qazandı - YENİLƏNİB
FUTBOL xəbərləri 15 Avqust 21:58
13344 baxış

"Qəbələ" və "Qarabağ" Avroliqa öncəsi ilk qələbələrini qazandı - YENİLƏNİB

Topaz Premyer Liqasının II turuna start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 qarşılaşma baş tutub.

 

UEFA Avropa Liqasının pey-off mərhələsində çıxış edən iki klubumuz  - “Qarabağ” və “Qəbələ” bu gün milli çempionatda növbəti oyunlarına çıxıblar.

 

Ötən mövsümün çempionu “Qarabağ” “Bayıl Arena”da “Rəvan”a qonaq olub. Birinci turda “Qəbələ” ilə səfərdə qollu heç-heçə edən ağdamlılar bu dəfə yenidən elitaya dönən “Rəvan” qarşısında ilk qələbəsini qazanıb.

 

 

Günün digər oyununda isə “Dalğa Arena”da AZAL “Qəbələ”ni qonaq edib. Roman Qriqorçukun yetirmələri isə ilk turda evdə itirdiyi xallardan sonra heyətində ciddi itkilər olan və maddi problemlər yaşayan AZAL qarşısında rahat qələbə qazanıb.

 

Topaz Premyer Liqası

II tur

 

 

 

“Rəvan” – “Qarabağ” - 1:2

Qol: Tural Qürbətov, 87 - Yamin Ağakərimzadə, 64 (öz qapısına), Qara Qarayev, 83

 

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Vüsal Əliyev 

“Bayıl Arena”

 

“Rəvan”: Konstantin Maxnovski, Ruslan Tağızadə, Novruz Məmmədov, Vüqar Bəybalayev, Şerif Suma, Yamin Ağakərimzadə, Samuel Barlay, Nicat Muxtarov, Məhəmməd Alıyev, Ramazan Abbasov, Tural Qerbətov

Ehtiyat oyunçular: Rəşad Əzizli, Elçin İsmayılov, Elvin Əliyev, Elvin Həsənəliyev, Cəmşid Məhərrəmov, Cavad Kazımov, Oruc Balaşlı

Baş məşqçi: Emin Quliyev

 

“Qarabağ”: İbrahim Şehiç, Eltun Yaqublu, Vüqar Mustafayev, Dani, Azər Salahlı, Əfran İsmayılov, Raydell Pupon, Elvin Yunuszadə, Bədavi Hüseynov, Əl Hərbi, Coşqun Diniyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Qara Qarayev, Namiq Yusifov, Elvin Məmmədov, Ansi Aqolli, Cavid Tağıyev, Mahir Mədətov

Baş məşqçi: Qurban Qurbanov

 

 

 

AZAL – “Qəbələ” - 0:2

Qol: Qay, 45+1, Aleksey Antonov, 76

 

Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Gülağa Cabarov 

“Dalğa Arena”

 

AZAL: Stanislav Namaşko, Rail Məlikov, Tural Hümbətov, Emin Cəfərquliyev, Müşviq Teymurov, Tagim Novruzov, Tərlan Xəlilov, Seymur Əsədov, Nuqzar Kvirtiya, Murad Səttarlı, Aydın Qasımov

Ehtiyat oyunçular: Polad Mirzəzadə, Qvanzan Maqomedov, Kamil Hüseynov, Məhəmməd Bədəlbəyli, Rüfət Musayev, Kamal Mirzəyev, İsmayıl İbrahimli

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: Dmitri Bezotosnı, Elvin Camalov, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Dodo, Asif Məmmədov, Vitali Vernidub, Aleksey Qay, Ürfan Abbasov, Rafael Santos, Samir Zərgərov

Ehtiyat oyunçular: David Pietrzkeviç, Voyislav Stankoviç, Ermin Zec, Murad Musayev, Qismət Alıyev, Aleksey Antonov, Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk

Xəbər lenti