13 Avqust 10:50 “Qəbələ” və “Qarabağ”ın ilk oyununa bütün hakim təyinatları açıqlandı
FUTBOL xəbərləri 13 Avqust 10:50
5226 baxış

“Qəbələ” və “Qarabağ”ın ilk oyununa bütün hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qəbələ” və “Qarabağ”ın oyunlarına hakim təyinatları açıqlanıb. Apasport.az-ın “footballrefereeing.blogspot.com” saytına istinadən məlumatına görə, “Qəbələ”nin “Panatinaikos”la ev, “Qarabağ”ın isə “Yanq Boyz”la səfər görüşlərinin hakimləri bəlli olub.

 

Avqustun 20-də “Bakcell Arena”da Yunanıstan klubunu qəbul edəcək “Qəbələ”nin matçına UEFA ingiltərəli Andre Marrineri göndərmək qərarına gəlib.

 

Həmin gün “Qarabağ”ın “Yanq Boyz”la İsveçrədəki qarşılaşmasında isə israilli Alon Yefet fit çalacaq.

 

 

“Qəbələ” – “Panatinaikos”

Baş hakim: Andre Marriner

Yan xətt hakimləri: Simon Bennett, Li Betts

Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)

Hakim-inspektor: Zbiqniev Przesmiçki (Polşa)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

 

“Yanq Boyz” - “Qarabağ”

Baş hakim: Alon Yefet

Yan xətt hakimləri: Danni Krasikov, Mahmud Mahaqna

Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)

Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)