19 Oktyabr 13:29 “Qəbələ” və “Qarabağ”ın oyunlarını idarə edəcək hakimlər açıqlandı
FUTBOL xəbərləri 19 Oktyabr 13:29
5218 baxış

“Qəbələ” və “Qarabağ”ın oyunlarını idarə edəcək hakimlər açıqlandı

Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın görüşlərinə təyinatları da açıqlanıb.

 

“Qəbələ”nin “Borussiya” ilə ev oyununu xorvatiyalı hakimlər idarə edəcək. “Qarabağ”ın “Monako” ilə görüşü isə şotlandiyalı ədalət təmsilçilərinə tapşırılıb.

 

Avropa Liqası

Qrup mərhələsi, III tur

22 oktyabr

 

20:00. “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: İvan Bebek (Xorvatiya)
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. “Bakcell Arena” stadionu

 

22:00. “MonaKo” (Fransa) – “Qarabağ”
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen
UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)
Monako. “Lui II” stadionu

Xəbər lenti