10 Fevral 18:55 "Qəbələ" yenə məğlub oldu  - YENİLƏNİB
FUTBOL xəbərləri 10 Fevral 18:55
6355 baxış

"Qəbələ" yenə məğlub oldu - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında XXI tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında “Simurq”la “Qəbələ” üz-üzə gəliblər.

 

Zaqataladakı qarşılaşma öncəsi Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan komandalar turnir cədvəlində də bir-birlərinə yaxın idilər. “Qəbələ” qalib gələrək rəqibinə çatmaq arzusunda idi. “Simurq” isə əsas rəqiblərindən birini sıradan çıxarmaq niyyəti güdürdü.

 

Qış fasiləsindən sonra “Xəzər Lənkəran”a qalib gəlib (2:0), “Neftçi” ilə heç-heçə (0:0) edən “Simurq” uğurlu seriyanı “Qəbələ” önündə də davam etdirib. Draqan Çeranın birinci hissədə vurduğu 2 qol Zaqatala klubuna 3 xal qazandırıb. Bu qələbə sayəsində Georgi Çixradzenin yetirmələri 3-cü pillədəki “Neftçi”ni ən azı bir günlük də olsa, geridə qoyub. “Qəbələ” isə AZAL-dan sonra “Simurq”a da məğlub olub.

 

Topaz Premyer Liqası

XXI tur

 

10 fevral

 “Simurq” - “Qəbələ” - 2:0
Qollar:  Draqan Çeran, 25; 45+3
Qırmızı vərəqə: 
Dmitri Bezotosnı, 45

İlk iki dövrədəki oyunlar – 1:2, 3:2
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 7. Elnur Abdullayev, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 14. Vüqar Mustafayev, 15. Stepan Polyak, 22. Cihan Özkara
Baş məşqçi: George Çixradze

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Fomin, 19. Aleksey Qay, 32. Mixail Sivakov, 34. Urfan Abbasov, 44. Rafael Santos
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 10. Dodo, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 90. Ekiqo Ehiosun
Baş məşqçi: Roman Qriqorçuk

 

 

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

17

11

4

2

33-18

37

2

İnter

18

8

9

1

28-8

33

3

Simurq

19

8

4

7

29-22

28

4

Neftçi

17

7

6

4

20-14

27

5

AZAL 

17

6

5

6

21-26

23

6

Qəbələ

19

5

7

7

21-27

22

7

Xəzər L 

18

5

5

8

23-24

20

8

Sumqayıt

17

4

4

9

19-27

16

9

Bakı

18

2

4

12

14-42

10

 

Bombardirlər: Nurlan Novruzov ("Bakı") - 10 qol, Draqan Çeran ("Simurq") - 9 qol, Mikel Alvaro (“İnter”) - 8 qol

 

Xəbər lenti