13 İyun 22:22 “Qəbələ”də serbiyalı məşqçi
FUTBOL xəbərləri 13 İyun 22:22
908 baxış

“Qəbələ”də serbiyalı məşqçi

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

 

O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

 

Mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.

Xəbər lenti