6 İyul 15:32 “Qəbələ”də yaxşı futbolçular toplaşıb” – Gürcüstan klubunun rəsmisi
FUTBOL xəbərləri 6 İyul 15:32
5346 baxış

“Qəbələ”də yaxşı futbolçular toplaşıb” – Gürcüstan klubunun rəsmisi

“Qəbələ” – “Dinamo” cütündə şanslar bərabərdi. Hər iki komandanın mərhələ adlamaq imkanı eynidi”. Bu sözləri apasport.az saytına açıqlamasında vaxtilə Azərbaycan çempionatında oynamış, keçmiş gürcü futbolçu Mixail Xutsişvili deyib.

 

Hazırda “Zestafoni” klubunun baş direktoru vəzifəsini icarə edən Xutsişvili Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyunun 9-da keçiriləcək “Qəbələ” – “Dinamo” matçı haqda fikirlərini bölüşüb.

 

Görüşü canlı izləmək istədiyini bildirən sabiq futbolçu əvvəlcə Tiflisdəki qarşılaşma barədə danışıb: “Bu komandaların ilk oyunlarına baxdım. Birinci matçda hər iki komandanın qalib gəlmək şansı var idi. Oyun elə gedirdi ki, hər şey ola bilərdi. İstəyirəm ki, Qəbələdəki görüşü də stadiondan izləyim”. 

 

“Qəbələ” barədə də fikirlərini bölüşən Xutsişvili “qırmızı-qaralar”ın 1-2 aydan sonra daha inamlı təsir bağışlayacağını düşünür: “Roman Qriqorçukun işini dəyərləndirə bilmərəm. Çünki mən “Qəbələ”nin cəmi bir oyununa baxmışam. “Dinamo” ilə görüşə əsasən onu deyə bilərəm ki, “Qəbələ”də yaxşı futbolçular toplaşıb. Amma çoxu təzədi. Onlar 1-2 aydan sonra bir-birlərini daha yaxşı başa düşəcəklər. Təbii ki, “Qəbələ” yeni mövsümdə də mükafatlara “Qarabağ”la birlikdə əsas namizədlərdən olacaq”.

 

Xəbər lenti