9 Oktyabr 10:08 “Qəbələ”dən Argentina klubuna?
FUTBOL xəbərləri 9 Oktyabr 10:08
2951 baxış

“Qəbələ”dən Argentina klubuna?

“Qəbələ”də icarə əsasında çıxış edən argentinalı hücumçu Fakundo Pereyranın Azərbaycan karyerası çox çəkməyə bilər. Apasport.az saytı xəbər verir ki, transfer hüququ PAOK-a məxsus olan 28 yaşlı forvard ölkəsinə qayıtmaq arzusundadı.

 

Argentina mətbuatında yer alan xəbərə əsasən, Pereyra keçmiş komandası “Ximnasiya”ya dönmək istəyir. Vaxtilə 15 qolla birinci divizionda bu komandanın bombardiri olmuş Pereyra yenidən həmin formanı geyinəcəyinə ümid edir.

 

Xəbərdə Fakundonun özünü Azərbaycanda yaxşı hiss etmədiyi və bu səbəbdən Argentinaya qayıtmaq istədiyi, “Ximnasiya” rəhbərliyinin isə bu keçidə qarşı çıxmadığı bildirilir.

 

Pereyranın 2012-14-cü illərdə icarə əsasında çıxış etdiyi “Ximnasiya”ya dönüşü üçün PAOK klubu razılıq verməlidi.

 

Qeyd edək ki, “Qəbələ”nin heyətində ölkə çempionatında 4 oyunda 2 qol vuran futbolçu Avropa Liqasında keçirdiyi 2 görüşdə fərqlənə bilməyib.  

Xəbər lenti