21 İyul 08:09 “Qəbələ”dən asan qələbə
FUTBOL xəbərləri 21 İyul 08:09
647 baxış

“Qəbələ”dən asan qələbə

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyununa hazırlıqları davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıqlarını Qəbələ stadionunda davam etdirən “qırmızı-qaralar” əvəzedici komanda ilə matçda qüvvəsini sınayıbRoman Qriqorçukun yetirmələri qarşılaşmaya bu heyətlə çıxıb: Dmitri Bezotosnı, Rafael Santos, Vojislav Stankoviç, Ürfan Abbasov, Rikardinyo, Aleksey Qay, Rəşad Sadiqov, Dodo, Cavid Hüseynov, Sergey Zenyov, Aleksey Antonov.

 

Qriqorçuk oyunun gedişində sərəncamında olan futbolçuların çoxuna şans verib. Belə ki, Andrey Popoviç, Georgi Floresku, Vitali Vernidub, Elvin Camalov, Roman Hüseynov, Murad Musayev, Asif Məmmədov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Samir Zərgərov və Qismət Alıyev meydana daxil olub.
 

“Qəbələ” əvəzediciləri ilə bu qarşılaşmada 5:1 hesabı ilə qalib gəlib. Oyunun ilk yarısında Aleksey Antonov iki, Dodo bir qol vurub. Fasilədən sonra əvəzedicilər bir dəfə fərqlənsə də, Roman Hüseynovun dublu ilə böyükhesablı qələbə qeydə alınıb.
 

Qeyd edək ki, “Çukariçki” ilə matçın Qəbələdəki hazırlıqlarını bu oyunla yekunlaşdıran “qırmızı-qaralar” bu gün Bakıya gələcək. Şimal klubu iyulun 23-dəki qarşılaşmanın hazırlığını paytaxtda tamamlayacaq.