12 İyul 15:44 “Qəbələ”dən daha bir transfer
FUTBOL xəbərləri 12 İyul 15:44
2528 baxış

“Qəbələ”dən daha bir transfer

“Qəbələ” daha bir transferi reallaşdırmağa yaxındı. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısı Vadim Abdullayevi sıralarına qatır.

 

Son mövsümü “Simurq”da keçirən 21 yaşlı yarımmüdafiəçi “Qəbələ”yə azad agent statusu ilə keçməyi düşünür. Buna səbəb son aylarda Zaqatala təmsilçisinin futbolçularına maaş verə bilməməsidi. Abdullayev də bu imkandan istifadə etmək niyyətindədi.

 

Əgər “Qəbələ” Vadimin transferini ayın 15-dək həll edə bilsə, Avropa Liqasının 2-ci təsnifat mərhələsində ilk oyunu Serbiyada qarşılaşacağı “Çukariçki” ilə görüşün iştirak ərizəsinə əlavə edə biləcək. (futbolinfo.az)

Xəbər lenti