13 Avqust 09:04 “Qəbələ"dən üstünük” – “Panatinaikos” rəsmisi
FUTBOL xəbərləri 13 Avqust 09:04
3099 baxış

“Qəbələ"dən üstünük” – “Panatinaikos” rəsmisi

“Bakıdakı matça hazırlaşmaq üçün hələ bir neçə gün vaxtımız var. Ordakı görüşün nəticəsi çox önəmlidi”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un meneceri Spiros Vlaxos deyib.

 

UEFA Avropa Liqasının pley-off mərhələsində təmsilçimiz “Qəbələ” ilə keçiriləcək oyunları dəyərləndirən yunan menecer komandasını bu cütlüyün favoriti sayır: “Məncə, biz rəqibdən bir qədər üstünük. Çünki “Qəbələ” yeni yığılmış heyətə malikdi, Avrokubok təcrübəsi yetərincə deyil. Ancaq meydançada çox faydalı iş görə bilirlər. Bu təcrübəsizliyi əzmkar və texnikalı oyunları ilə sığortalayırlar”.

 

Vlaxos ilk matçda məğlub olmamağın vacibliyini vurğulayıb: “Pley-off mərhələsinin atmosferi fərqli olur. Rəqib komanda azarkeşlərinin də dəstəyi ilə qələbə qazanmağa çalışacaq. Biz bu qarşılaşmaya həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşırıq. İlk görüşdə uduzmamaq çox önəmlidi. Bunu bacarsaq, doğma meydançamızdakı qarşılaşmaya nisbətən rahat çıxa biləcəyik”.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə 27-də Afinada keçiriləcək.

Xəbər lenti