31 Oktyabr 10:00 “Qəbələ”nin 4-cüsü
FUTBOL xəbərləri 31 Oktyabr 10:00
444 baxış

“Qəbələ”nin 4-cüsü

“Qəbələ”nin futbolçusu Samir Zərgərov “qırmızı-qara” formada 100-cü oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Topaz Premyer Liqasının “Kəpəz”lə oktyabrın 31-də keçiriləcək qarşılaşmasında meydana çıxsa, yubiley oyununu qeyd edəcək.


2006-2009-cu illərdə “Qəbələ”də çıxış edib, 2015-ci ilin yayında komandamıza qayıdan Zərgərov indiyədək 99 matçda “qırmızı-qaralar”ın sıralarında olub. O, bu oyunların 78-ni Premyer Liqada, 15-ni ölkə kubokunda, 6-nı UEFA Avropa Liqasında keçirib.
Samir klub tarixində 100 və daha çox oyun keçirən 4-cü futbolçu olacaq. Ona qədər Dodo (147 oyun), Viktor Mendi (127 oyun) və Ürfan Abbasov (111 oyun) buna nail olublar. Hazırda 99 oyun keçirən Pavel Doroşevlə birlikdə 4-cü göstəriciyə malik Zərgərovun hesabında 12 qol var. Yarımmüdafiəçi klub tarixinin ən yaxşı bombardirləri siyahısında 9-11-ci yerləri bölən 3 futbolçudan biridir.


“Qəbələ”nin oyunlarında 5 dəfə penalti zərbəsi yerinə yetirib, bunların 3-də qol vuran Samir kubok matçında penaltilər seriyasında da qapını dəqiq nişan alıb.
Xatırladaq ki, yarımmüdafiəçi komandamızda ilk oyununu 2006-cı il avqustun 5-də keçirib. O, “qırmızı-qaralar” Premyer Liqada keçirdiyi ilk qarşılaşmada “İnter”ə qarşı 90 dəqiqə forma geyinib.    

 

Mövsüm 

Turnir

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

2006/07 

Premyer Liqa

21

1507

1

0

2006/07

Kubok

4

144

1

0

0

2007/08

Premyer Liqa

24

1258

8

0

2007/08

Kubok

7

418 

0

0

2008/09

Premyer Liqa

24

1504 

0

2008/09

Kubok

4

216

0

1

0

2015/16 

UEFA Avopa Liqası

6

176

0

1

0

2015/16

Premyer Liqa

9

650 

0

2015/16

CƏMİ

99

5873 

12 

20 

0

 

Xəbər lenti