29 İyul 13:49 “Qəbələ”nin bəyənmədiyi futbolçu Yunanıstan klubuna keçdi
FUTBOL xəbərləri 29 İyul 13:49
3609 baxış

“Qəbələ”nin bəyənmədiyi futbolçu Yunanıstan klubuna keçdi

Mövsümlərarası fasilədə “Qəbələ”dən ayrılan daha bir futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 2014-2015 mövsümünü “qırmızı-qaralar”ın heyətində keçirmiş Pavol Farkaş Azərbaycanı tərk etdikdən sonra Yunanıstana yollanıb.

 

Belə ki, slovakiyalı müdafiəçi bu ölkənin “Ksanti” klubu ilə müqavilə imzalayıb. 30 yaşlı futbolçu bundan sonra Yunanıstan Superliqasında çıxış edəcək.

 

Qeyd edək ki, Slovakiya yığmasının heyətində 2 oyun keçirmiş Farkaş “Qəbələ”yə qədər “Nitra”, “Petrjalka”, “Vasluy”, “Kyevo” və “Ternana” klublarının formasını geyinmişdi.

 

 

Xəbər lenti