10 İyul 11:25 “Qəbələ”nin “Dinamo” kimi komandanı mübarizədən kənarlaşdırması da buna sübutdu”
FUTBOL xəbərləri 10 İyul 11:25
1017 baxış

“Qəbələ”nin “Dinamo” kimi komandanı mübarizədən kənarlaşdırması da buna sübutdu”

“Rəqibimizin çox ciddi komanda olduğuna əminəm. Onların Tiflis “Dinamo”su kimi komandanı mübarizədən kənarlaşdırması da buna sübutdu”. Apasport.az saytının məlumatına görə, bu szöləri Serbiyanın “Çukariçki” klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” ilə görüşəcək balkanlıların çalışdırıcısı rəqib haqda fikirlərini açıqlayıb: “Azərbaycan, Gürcüstan, ümumiyyətlə bu regionun klublarının yaxşı büdcəsi olur. Buna uyğun şəkildə də heyətlərində legionerlər çıxış edir. İstənilən halda, biz təslim olası deyilik. Bütün gücümüzü ortaya qoyub sonadək mübarizə aparacağıq. Matça hazırlaşmaq üçün qarşıda vaxtımız var”.

 

Xəbər lenti

Xəbər lenti