25 Avqust 19:07 “Qəbələ”nin futbolçusu milli komandaya dəvət aldı
FUTBOL xəbərləri 25 Avqust 19:07
861 baxış

“Qəbələ”nin futbolçusu milli komandaya dəvət aldı

Estoniya millisinin baş məşqçisi Maqnus Persson komandasının AVRO-2016 seçmə mərhələsi çərçivəsində Litva və Sloveniya ilə oynayacaqları matçlar üçün 23 nəfərlik siyahını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Persson bu iki qarşılaşma üçün hazırda “Qəbələ” heyətində UEFA Avropa Liqasında çıxış edən hücumçu Sergey Zenyovu da dəvət edib.

 

Qeyd edək ki, Zenyov bu vaxta qədər ölkəsinin milli komandasında 44 oyunda meydana çıxıb və 9 qola imza atıb.

 

Əlavə olaraq bildirək ki, Estoniya millisi Litva ilə sentyabrın 5-də evdə, Sloveniya ilə isə ayın 8-də səfərdə qarşılaşacaq.

Xəbər lenti