31 Avqust 09:00 “Qəbələ”nin futbolçusu: Oğluma miras qoymaq istəyirəm
FUTBOL xəbərləri 31 Avqust 09:00
3119 baxış

“Qəbələ”nin futbolçusu: Oğluma miras qoymaq istəyirəm

“Qəbələ”ni Roman İosifoviçin çalışdırması diqqətimi cəlb etdi. Mən Qriqorçukla əvvəl də birgə çalışmışdım. Odu ki, yenidən onunla işləmək istədim”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin müdafiəçisi Vitali Vernidub deyib.

 

Ukraynanın televiziya proqramlarından birində qonaq olan təcrübəli futbolçu “Qəbələ” haqda danışıb.

 

Azərbaycan klubunu keçidindən bəhs edən Vernidub qərarında maddi məsələnin rol oynadığını gizlətməyib: “Qəbələ”yə keçmək variantı yarananda həyat yoldaşımla müzakirə etdik. Ukraynadan Azərbaycana köçmək çox çətin görünürdü. Sonra atamla məsləhətləşdim. O, “Qəbələ”yə keçidimə qarşı çıxmadı və mənə dəstək oldu. Düzdü, atam “Zarya”da qalmağımı istəyirdi. Onunla həmin komandada birgə yaxşı işlər görmüşdük. Lakin mənim qərarıma hörmətlə yanaşdı”.

 

Vernidub “Qəbələ”yə keçidinə oğlunun gələcəyi barədə düşünməsinin də təsirinin olduğunu qeyd edib: “Gizlətməyəcəm, “Qəbələ”nin təklifi maddi cəhətdən daha sərfəli idi. Tezliklə 28 yaşım olacaq, oğlum böyüyür. Onun üçün miras qoymaq istəyirəm. 30 yaşdan sonra mənə olan maraq azalacaq. Odu ki, indidən gələcəklə bağlı düşünməli idim”.

 

 

Xəbər lenti