23 Oktyabr 11:38 “Qəbələ”nin məğlubiyyətini istəyən futbolçu - FOTO
FUTBOL xəbərləri 23 Oktyabr 11:38
813 baxış

“Qəbələ”nin məğlubiyyətini istəyən futbolçu - FOTO

“PAOK-a Rusiyada qalib gəlməli, “Qəbələ”nin isə Almaniyada “Borussiya”ya uduzmasına ümid etməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Krasnodar”ın yarımmüdafiəçisi Rikardo Laborde deyib.

 

Avropa Liqasında “Qəbələ”nin də mübarizə apardığı C qrupunda yer alan Rusiya təmsilçisi III turda PAOK-la səfərdə qolsuz bərabərə qalıb. Azərbaycan klubu da doğma meydanda Dortmund “Borussiya”sına (1:3) məğlub olduğundan, “Krasnodar” 2-ci pillədəki mövqeyini qoruyub.

 

Yerli mətbuata qrupdakı vəziyyətlə bağlı açıqlama verən Laborde “Qəbələ”nin növbəti turda da məğlubiyyətini arzuladığını gizlətməyib: “Çox güclü rəqibə qarşı oynayırdıq. Səfərdə çıxış etməyimizə baxmayaraq, qələbə qazanmağa çalışdıq. Ancaq alınmadı. Turnir cədvəlinə baxdıqda, PAOK-la cavab görüşünün əhəmiyyətini daha çox dərk edirik. Krasnodarda bütün gücümüzü ortaya qoymalıyıq. Doğma azarkeşlərimizin dəstəyi ilə qalib gəlməyə çalışacağıq. “Borussiya” da öz meydançasında “Qəbələ”ni məğlub etsə, o zaman 2-ci pillədəki mövqeyimizi möhkəmlədərik”.

 

Qeyd edək ki, 3 turdan sonra “Borussiya” 7 xalla turnir cədvəlinə başçılıq edir. Müvafiq olaraq, növbəti yerlərdə qərarlaşan “Krasnodar”ın 4, PAOK-un 3, “Qəbələ”nin isə aktivində 1 xal var.

Xəbər lenti