8 Sentyabr 16:08 “Qəbələ”nin oyununun vaxtı dəyişdirildi
FUTBOL xəbərləri 8 Sentyabr 16:08
973 baxış

“Qəbələ”nin oyununun vaxtı dəyişdirildi

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Topaz Premyer Liqasının IV turunda “İnter”ə qarşı keçirəcəkləri oyunun vaxtının dəyişdirilməsini istəyiblər.

 

“Qəbələ”nin avrokubok oyununa daha yaxşı hazırlaşmasına şərait yaradan PFL matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabrın 13-də deyil, 12-də keçirilməsinə qərar verib.  

 

Qeyd edək ki, Avropa Liqası yarışında iştirak edən klublar cari mövsümdə təqvim oyunlarının vaxtlarını tur çərçivəsində dəyişdirmək hüququna malikdi. 

Xəbər lenti