14 Avqust 16:32 “Qəbələ”nin rəqibi Fransa millisinin üzvünü istəyir
FUTBOL xəbərləri 14 Avqust 16:32
524 baxış

“Qəbələ”nin rəqibi Fransa millisinin üzvünü istəyir

“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, yunanlar indi də fransız futbolçu Yohan Qurkuffa “elçi düşüblər”.

 

“Nyukasl”dan Mehdi Abedi transfer etmək istəyən “Panatinaikos”un bu istəyi çox güman ki, baş tutmayacaq. Çünki əlcəzairli yarımmüdafiəçi Yunanıstana qayıtmaq niyyətində deyil. Üstəlik, tərəflər maliyyə məsələsində də ortaq məxrəcə gələ bilmirlər. O ki qaldı Qurkuffa, tez-tez zədələndiyi üçün “Lion”dan ayrılan Fransa millisinin hücumameyilli yarımmüdafiəçisi hazırda azad agent statusu daşıyır. Onunla bir neçə komanda danışıq aparır ki, onlardan biri də məhz “Panatinaikos”du.

 

Qeyd edək ki, Yohan Qurkuff “Lion”dan öncə, müvafiq olaraq “Renn”, “Milan” və “Bordo”da çıxış edib.

Xəbər lenti