30 Avqust 16:45 “Qəbələ”nin rəqibi "Lokomotiv"ə uduzdu
FUTBOL xəbərləri 30 Avqust 16:45
746 baxış

“Qəbələ”nin rəqibi "Lokomotiv"ə uduzdu

Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olacaq “Krasnodar” Moskvada “Lokomotiv”in qonağı olub.

 

Oyunda hesabı qonaqlar açıb. Smolov 11-ci dəqiqədə “öküzlər”i önə keçirən qolun müəllifi olub.

 

Ancaq meydan sahibləri oyunun gedişatında iki qol vuraraq hesabı öz xeyrinə dəyişə biliblər. Əvvəlcə 18-ci dəqiqədə Niasse fərqlənib, 56-cı dəqiqədə isə Kasayev yekun nəticəni elan edib.

 

Bu nəticədən sonra “Qəbələ”nin rəqibi Rusiya Premyer Liqasında 9 xalla 8 pillədə qərarlaşıb.

Xəbər lenti