31 Avqust 08:31 “Qəbələ”nin rəqibi məğlub oldu
FUTBOL xəbərləri 31 Avqust 08:31
489 baxış

“Qəbələ”nin rəqibi məğlub oldu

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan PAOK Yunanıstan çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi Super Liqanın II turu çərçivəsində “Giannina”nın qonağı olub.

 

İqor Tudorun yetirmələri yenə qələbə üzünə həsrət qalıblar. İlk turda heç-heçə edən PAOK bu dəfə 1:3 hesablı məğlubiyyətə düçar olub. Komandanın təsəlli qoluna 90+2-ci dəqiqədə Migel Vitor imza atıb. PAOK qarşılaşmanın son yarım saatını azlıqda keçirib. Çünki braziliyalı Jairo qırmızı vərəqə alaraq meydançadan qovulub.

 

“Qəbələ”nin pley-offda mübarizədən kənarlaşdırdığı “Panatinaikos” isə bu turda “Kalloni” üzərində böyükhesablı (4:0) qələbə qazanıb.

 

Qeydə alınan nəticələrdən sonra “Panatinaikos” 6 xalla turnir cədvəlinə başçılıq edirsə, PAOK-un aktivində cəmi 1 xal var və komanda 16 komanda arasında 12-cidi.

 

Qeyd edək ki, “Qəbələ” UEFA Avropa Liqasının qrupunda ilk matçını sentyabrın 17-də məhz PAOK-a qarşı keçirəcək.

Xəbər lenti