17 Oktyabr 09:16 “Qəbələ”nin rəqibi qələbə ilə gəlir
FUTBOL xəbərləri 17 Oktyabr 09:16
1810 baxış

“Qəbələ”nin rəqibi qələbə ilə gəlir

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Dortmund “Borussiya”sı növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Tomas Tuhelin yetirmələri Bundesliqada IX turun açılış matçına çıxıb.

 

“Borussiya”nın rəqibi Tuhelin sabiq komandası “Maynts” olub. Səfərdən 3 xalla dönməyi bacaran dortmundlular hər hissədə bir dəfə qol vurublar – 2:0. Belə ki, 18-ci dəqiqədə Marko Roys, 82-ci dəqiqədə isə Henrik Mxitaryan fərqlənib. 47-ci dəqiqədə isə Roys qazanılan penaltini qola çevirə bilməyib.

 

Bu qələbə ilə 2-ci pillədəki yerini qoruyan “Borussiya” xallarının sayını 20-yə çatdırıb. Komanda meydançaya bu heyətlə çıxıb: Roman Burku, Mats Hummels, Sokratis Papastatopulos, Ju-Hu Park, Mattias Ginter, Yulian Veyql, İlkay Gündoğan, Marko Roys (Sven Bender, 79), Şinji Kaqava (Qonzalo Kastro, 83), Henrik Mxitaryan, Pyerr-Emerik Obameyanq (Adrian Ramos, 89)

 

Qeyd edək ki, “Borussiya” Avropa Liqasında növbəti oyununu “Qəbələ”yə qarşı keçirəcək. Bu görüş oktyabrın 22-də “Bakcell Arena”da baş tutacaq.

Xəbər lenti