2 Noyabr 08:48 “Qəbələ”nin rəqibi üstünlüyü əldən verdi
FUTBOL xəbərləri 2 Noyabr 08:48
292 baxış

“Qəbələ”nin rəqibi üstünlüyü əldən verdi

Yunanıstan çempionatında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin Avropa Liqasındakı rəqibi PAOK da növbəti matçına çıxıb.

 

Saloniki təmsilçisi “Asteras”ın qonağı olub. PAOK Dimitrios Pelkasın qolu ilə ilk yarıda hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Belə ki, fasilədən sonra 2 qol buraxan PAOK xalsız qalıb.

 

9 oyundan sonra 14 xalı olan PAOK 6-cı pillədə qərarlaşıb. Salonikililər növbəti turun noyabrın 8-də baş tutacaq oyununda “Pantraikos”u qəbul edəcək.

Xəbər lenti