28 Oktyabr 16:38 “Qəbələ”nin rəqibində baş məşqçi – kapitan problemi
FUTBOL xəbərləri 28 Oktyabr 16:38
555 baxış

“Qəbələ”nin rəqibində baş məşqçi – kapitan problemi

Dortmund “Borussiya”sının Avropa Liqasında “Qəbələ” ilə Bakıdakı oyunu Almaniya mətbuatının gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, yerli KİV nəticədən çox kapitan Mats Hummelsin əvəzlənməsini şişirdib.

 

Qarşılaşmanın 63-cü dəqiqəsində onun yerinə meydançaya Sven Bender daxil olmuşdu. Baş məşqçi Tomas Tuhel bu əvəzləməni nəticənin verdiyi rahatlıqdan etdiyini bildirib: “Mats oyun ərzində mənim bütün tapşırıqlarımı yerinə yetirdi. Son yarım saatda isə oyun praktikası ilə bağlı problemini düzəltməsi üçün Sven Benderə şans verdim. Başqa bir səbəb axtarmaq doğru olmaz”.

 

Buna baxmayaraq, almaniyalı həmkarlarımız son vaxtlar baş məşqçi ilə kapitanın münasibətlərinin qaydasında olmadığını iddia edib. Tuhelin Hummelsi ilk dəfə əvəzləməsi də bununla əlaqələndirilib. Məlumatda qeyd edilir ki, 26 yaşlı mərkəz müdafiəçisinin son vaxtlar komanda yoldaşlarına qarşı sərt davranışı baş məşqçini bu addımı atmağa vadar edib. Tuhel bununla həm də Benderi Avropa nəhənglərinin maraq dairəsində olan Hummelsin yerinə hazırlamağa çalışır.

 

Qeyd edək ki, oktyabrın 22-də keçirilən “Qəbələ” – “Borussiya” oyununda Almaniya klubu 3:1 hesablı qələbə qazanmışdı.

Xəbər lenti