12 Noyabr 18:42 “Qəbələ”nin rəqibinə “Yuventus”dan təklif
FUTBOL xəbərləri 12 Noyabr 18:42
478 baxış

“Qəbələ”nin rəqibinə “Yuventus”dan təklif

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Borussiya” aparıcı futbolçularından biri İlkay Gündoğanla vidalaşa bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçiyə “Yuventus” “elçi düşüb”.

 

Turin təmsilçisi İlkayı yanvarda heyətinə qatmaq arzusundadı. Almanların bu təklifə hansl cavabı verəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, Türkiyə əsilli futbolçu 2011-ci ildən “Borussiya”nın formasını geyinir. O, hazırkı komandasında bu vaxta qədər 133 oyunda 13 qola imza atıb. 

Xəbər lenti