10 Sentyabr 00:07 “Qəbələ”nin yeniyetmələrindən əsas komandaya sürpriz - FOTOSESSİYA
FUTBOL xəbərləri 10 Sentyabr 00:07
985 baxış

“Qəbələ”nin yeniyetmələrindən əsas komandaya sürpriz - FOTOSESSİYA

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra doğma şəhərdə tam heyətlə ilk məşqinə çıxan “Qəbələ” məşqdən öncə xoş sürprizlə qarşılaşıb. Apasport.az saytının klubun rəsmi “facebook” hesabına istinadən məlumatına görə, futbol akademiyasının komandaları əsas komandanı məşq meydançasında alqışlarla qarşılayıblar.

 

Ardından isə əsas heyət üzvləri paxlavaya qonaq edilib.

 

Akademiya futbolçuları qarşısında qısa çıxış edən baş məşqçi Roman Qriqorçuk onlara təşəkkür edib və belə addımların onları daha da həvəsləndirdiyini, daha məsuliyyətli olmağa sövq etdiyini deyib.

Xəbər lenti