5 Sentyabr 16:50 “Qəbələ”yə qarşı oynayacaq futbolçu “Real”ın gündəmində
FUTBOL xəbərləri 5 Sentyabr 16:50
1178 baxış

“Qəbələ”yə qarşı oynayacaq futbolçu “Real”ın gündəmində

Dortmund “Borussiya”sının və Almaniya yığmasının futbolçusu Marko Roys karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi yenidən Madrid “Real”ının maraq dairəsinə düşüb.

 

“Qalaktikos” 1 il əvvəl də Roysu heyətinə qatmaqda maraqlı idi. Ancaq həmin vaxt təcrübəli futbolçunun “Real”a keçidi alınmamışdı.

 

“Kral klubu” qış “transfer pəncərəsi”ndə nəyin bahasına olursa-olsun, Roysla müqavilə imzalamaq niyyətindədi.

 

Qeyd edək ki, Roysun komandası “Borussiya” Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq. 

Xəbər lenti