4 Sentyabr 14:36 “Qəbələ”yə qarşı oynayacaq ulduz futbolçu: Biz qardaşıq - FOTO
FUTBOL xəbərləri 4 Sentyabr 14:36
3202 baxış

“Qəbələ”yə qarşı oynayacaq ulduz futbolçu: Biz qardaşıq - FOTO

Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda mübarizə aparacaq PAOK yeni transferi Dimitar Berbatovu təqdim edib. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçunun təqdimat mərasimi özü üçün də gözlənilməz keçib. 

 

Belə ki, Yunanıstan çempionatının ən bahalı transferi sayılan Berbatovun təqdimatına

əlverişsiz hava şəraitinə rəğmən, 10 mindən çox azarkeş gəlib. Gözləmədiyi halla qarşılaşan Berbatov azarkeşlərin onu qarşılamasını əl telefonunun videosuna çəkib.

 

 

Karyerası ərzində “Bayer”, “Tottenhem”, “Mançester Yunayted” və “Monako” kimi klublarda çıxış etmiş Berbatov PAOK azarkeşlərinə təşəkkür edib: “Məni möhtəşəm qarşıladığınız üçün sağ olun. Bu, doğrudan da, inanılmazdı. Açığı, gözləmirdim, xoş sürpriz oldu. Mən sadəcə futbol oynayan adi insanam. Onu demək istəyirəm ki, atam sərhəddən 15 km aralıda anadan olub. Bolqarıstan və Yunanıstan iki qardaş kimidi. Buna görə də, mən sizin üçün əlimizdən gələni edəcəm. Çünki biz qardaşıq”.

 

Təqdimat mərasimindən sonra Berbatov yeni komandasının heyətində məşqə çıxıb. Onun PAOK-da ilk görüşünü sentyabrın 17-də Bakıda “Qəbələ”yə qarşı keçirəcəyi gözlənilir. 

Xəbər lenti