8 Noyabr 20:32 “Qələbə şirin gəlsə də...” – Bəhmən Həsənov
FUTBOL xəbərləri 8 Noyabr 20:32
938 baxış

“Qələbə şirin gəlsə də...” – Bəhmən Həsənov

“Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

 

Topaz Premyer Liqasının XII turunda “Neftçi” ilə qarşılaşan və cari birincilikdə ilk qələbəsini qazanan “sarı-qırmızılar”ın çalışdırıcısı matçı belə şərh edib: “Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.

Xəbər lenti