10 Noyabr 11:42 “Qızıl top” İbrahimoviçə verildi - FOTO
FUTBOL xəbərləri 10 Noyabr 11:42
769 baxış

“Qızıl top” İbrahimoviçə verildi - FOTO

İsveçdə 2015-ci ilin ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının yerli mətbata istinadən məlumatına görə, Zlatan İbrahimoviç yenə hamını qabaqlayıb.

 

Bununla da PSJ-nin forvardı karyerası ərzində 10-cu dəfə İsveçdə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına sahib çıxıb. İlk dəfə 2005-ci ildə ilin ən güclüsü seçilən 34 yaşlı futbolçu 2007-ci ildən bəri bu mükafatı heç kimə vermir.

 

Qeyd edək ki, İbrahimoviç İsveç yığmasında 109 oyun keçirib, 59 qola imza atıb.

Xəbər lenti