9 Noyabr 01:10 Qonzalo İquayndan yubiley qolu
FUTBOL xəbərləri 9 Noyabr 01:10
417 baxış

Qonzalo İquayndan yubiley qolu

İtaliya A seriyasının hesabat turu “Napoli”nin hücumçusu Qonzalo İquayn üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Udineze” ilə matçda yeganə qolun müəllifi olan argentinalı hücumçu klub karyerasında 200-cü dəfə rəqib qapıçıları məyus edib.

 

İquayn bu qolların 15-ni “River Pleyt”in heyətində, 121-ni Madrid “Real”ı, 64-nü isə “Napoli” forması ilə qeyd edib.

Xəbər lenti