28 Oktyabr 13:32 Qurban Qurbanov Ərtoğrul Sağlamdan “iyi” çıxdı
FUTBOL xəbərləri 28 Oktyabr 13:32
8164 baxış

Qurban Qurbanov Ərtoğrul Sağlamdan “iyi” çıxdı

Dünyanın ən yaxşı klub məşqçilərinin reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, planetin ən yaxşı 1000 çalışdırıcısı arasında Topaz Premyer Liqasında çalışan 2 baş məşqçi də yer alıb.

 

“Qarabağ”la ölkə çempionluğu yaşayıb, Avropa Liqasının qrupunda mübarizə aparan Qurban Qurbanov 1379 xalla 451-ci yerdədi. Həmyerlimiz Şota Arveladze, Dik Advokaat, Yatsek Zelinski, Harri Rednapp, Aleksandr Tarxanov, Ərtoğrul Sağlam, Valter Zenqa kimi tanınmış simaları arxada qoyub.

 

“Qəbələ”yə bürünc medal qazandırıb, qitənin 2-ci dərəcəli klub turnirinin qrupuna daşıyan ukraynalı Roman Qriqorçuk isə 1126 xalla 534-cüdü. Armin Fe və Roberto Karlos kimi tanınmış mütəxəssislər isə hər iki təmsilçimizdən geri qalır.

 

Siyahıya isə ispaniyalı mütəxəssislər başçılıq edirlər. “Barselona”ya rəhbərlik edən Luis Enrike 18821 xalla 1-ci, “Bavariya”nı çalışdıran Xosep Qvardiola 13105 xalla 2-ci, “Sevilya”nı uğurlara daşıyan Unay Emeri 12995 xalla 3-cüdü.