8 Noyabr 18:52 Qurban Qurbanovun qələbə şərhi: Nəticədən razıyam
FUTBOL xəbərləri 8 Noyabr 18:52
1204 baxış

Qurban Qurbanovun qələbə şərhi: Nəticədən razıyam

“Sıx qrafiki qələbə ilə başa vurduq. “Xəzər Lənkəran”la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”a qalib gələn ağdamlıların çalışdırıcısı qələbə haqqında fikirlərini bölüşüb: “Futbolçulardan və qazanılan nəticədən razıyam. “Xəzər Lənkəran”ın heyətində yaxşı gənc oyunçular var. Onlar gələcəkdə Azərbaycanın əsas futbolçularından olacaqlar”.

Xəbər lenti