27 Avqust 22:35 Qurban Qurbanovun qələbə şərhi: Onu öpürəm
FUTBOL xəbərləri 27 Avqust 22:35
8510 baxış

Qurban Qurbanovun qələbə şərhi: Onu öpürəm

"Hәr birinizi, azarkeşlәri vә rәhbәrliyi dә tәbrik edirәm. Uğurlu nәticә oldu. Hәr iki oyunda qәlәbә qazanmaq xoş idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

“Qarabağ” Avropa Liqasında pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubunu 3:0 hesabı ilə məğlub edərək, qrup mərhələsinə vəsiqə qazanıb.

 

Oyundan sonra təşkil olunan mətbuat konfransında Qurbanov bildirib ki, belə bir oyunda azlıqda qalmaq hamı üçün çәtin idi: “Minumum vәzifәnin öhdәsindәn gәldik. Tәsnifat vә pley-off mәrhәlәlәrini birlikdә mini-turnir adlandırmaq olar. Cәmi 1 mәğlubiyyәtimiz oldu. "Qәbәlә" dә çәtin sәfәrdәdi. Onlara da uğurlar arzulayıram. 1:0 udurlar vә inanıram ki, davamı olacaq".


Qurbanov oyundakı әvәzetmәlәrdәn dә danışıb: "Yerli futbolçular milli komandanın düşәrgәsinә gedәcәk, legionerlәr isә istirahәtә daha çox vaxt olacaq. Ona görә dә legionerlәri meydanda saxladım. Әfran İsmayılov da milliyә gedәcәk. O, tam formasını bәrpa etmәyib. İnanıram ki, millidәn qayıdanda optimal formada olacaq".


Təcrübəli mütəxəssis transferlәrdәn danışıb: "Bәzi transferlәr etmәyә çalışırıq. Hazırda danışıqlar gedir. İnanıram ki, alınacaq".


Mütәxәssis "Ananız bir dәfә demişdi ki, belә oyunlar olanda hәyәcanlanıram. Bu qәlәbәdәn sonra onunla әlaqә saxlamısınızmı" sualına belә cavab verib: "Yox. Hәlә bundan sonra saxlayacam. Mәnim uğuruma әn çox sevinәn odur. Mәğlub olanda üzülür. Onu öpürәm, tәbrik edirәm".

 

 

Xəbər lenti