13 İyul 17:10 Qurbanov İslandiyaya gedəcək
FUTBOL xəbərləri 13 İyul 17:10
757 baxış

Qurbanov İslandiyaya gedəcək

Azərbaycan millinin məşqçisi Mahmud Qurbanov İslandiyaya gedəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarıdı.

 

Belə ki, Qurbanov iyulun 16-da İslandiyada keçiriləcək “Hafnarfyordur” – “İnter” oyununu izləyəcək. O, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, təmsilçimizin oyununa canlı baxacaq. Bu qarşılaşma Hafnarfyordur şəhərində baş tutacaq.

 

Mənbə: affa.az

Xəbər lenti