4 Avqust 12:46 “Qvardiola “Bavariya”dan gedəcək”
FUTBOL xəbərləri 4 Avqust 12:46
811 baxış

“Qvardiola “Bavariya”dan gedəcək”

“Qvardiola dünyanın ən güclü məşqçisi deyil. Mən Mourinyonu daha çox xoşlayıram”. Apasport.az saytı xəbər verir ki, bunu “Bavariya”nın əfsanəvi futbolçusu Lotar Matteus deyib.

 

Münhen klubunun baş məşqçisi Pep Qvardiolanın gələcək taleyi hələ də sual altındadı. Matteus isə ispaniyalı mütəxəssisin komandadan ayrılacağını düşünür: “Mourinyonun rəhbərliyi altında oynayan futbolçular deyirlər ki, Jozenin hər şeyi üzdədi. Ancaq Qvardiola belə deyil. O, “Bavariya”dan gedəcək. Məncə, səmimi olub niyə yeni müqavilə imzalamadığını açıqlamalıdı. Pepi “Bavariya”da Yurgen Klopp, Joze Mourinyo, Karlo Ançelotti kimi məşqçilər əvəz etməlidi. Ancaq Mourinyonun “Çelsi”dən gedəcəyinə inanmıram”.

 

Qeyd edək ki, Pep Qvardiola 2013-cü ildən “Bavariya”nı çalışdırır.

Xəbər lenti