8 Oktyabr 11:55 Qvardiola Mançester yolunda?
FUTBOL xəbərləri 8 Oktyabr 11:55
774 baxış

Qvardiola Mançester yolunda?

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola fəaliyyətini İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı ilə “Mançester Siti” klubu danışıq aparır.

 

Qvardiolanın “Bavariya” ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Onun münhenlilərlə yeni sözləşmə imzalamaq istəmədiyi bildirilir.

 

“Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn Qvardiolanın yaxın dostudu. Danışıqlarda o da yaxından iştirak edir.

 

Qeyd edək ki, Qvardiola 2013-cü ildən “Bavariya”nın “sükanı arxası”ndadı.  

Xəbər lenti