20 May 13:03 Radamel Falkao İngiltərədə qalır
FUTBOL xəbərləri 20 May 13:03
538 baxış

Radamel Falkao İngiltərədə qalır

“Mançester Yunayted”in hücumçusu Radamel Falkao gələn mövsümü də İngiltərə Premyer Liqasında keçirə bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, kolumbiyalı forvard “Çelsi”nin maraq dairəsindədi.

 

“Mançester Yunayted” müqavilə ilə “Monako”ya məxsus olan Falkaonu transfer etmək fikrində deyil. Fransızlar isə maliyyə problemi yaşadıqlarından, ulduz müqaviləsində qeyd edilən maaşı ödəmək iqtidarında deyillər. Belə bir ərəfədə “Çelsi”dən gələn təklif fransızların ürəyincə olub. İndi hər şey Falkaonun özündən asılıdı. 29 yaşlı oyunçu karyerasını “Çelsi”də davam etdirmək istəsə, “Monako” onu ingilis klubuna satacaq.

 

Qeyd edək ki, Radamel Falkao bu mövsüm “Mançester Yunayted”in heyətində Premyer Liqada keçirdiyi 26 oyunda 4 qola imza atıb.

Xəbər lenti