2 May 20:50 Rahim Sterlinq "Liverpul" tərk etməyəcək
FUTBOL xəbərləri 2 May 20:50
468 baxış

Rahim Sterlinq "Liverpul" tərk etməyəcək

"Liverpul"un baş məşqçisi Brendon Rocers Rahim Sterlinqin bu yay komandanı tərk etməyəcəyini bildirib. Apasaport.az saytının İngiltərə mətbuatına istinadən verdyi xəbərə görə, Rocers hətta müqavilənin uzadılmaması halında belə gənc oyunçunun ən az bir mövsüm onlarla qalacağını deyib:

 

“Biz öz təklifimizi onun menecerlərinə təqdim etmişik və öz mövqeyimizi qoruyaraq cavab gözləyirik. Ancaq bu da bir həqiqətdir ki, indiki halda Sterlinq üçün “Liverpul”dan daha yaxşı bir komanda ola bilməz.

Anlayram ki, hər kəs mükafat qazanmaq istəyir, ancaq mükafat qazanmaq üçün meydana çıxıb oynamaq da lazımdır. Oynamaq üçün isə ən ideal yer “Liverpul”dur”.