14 İyul 15:39 Ramin Musayev Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü
FUTBOL xəbərləri 14 İyul 15:39
387 baxış

Ramin Musayev Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Topaz Premyer Liqasının 2015/16 mövsümü ilə bağlı müzakirələr aparılıb.

 

Görüşdə Məşqçilər Komitəsinin yeni mövsümlə bağlı təklifləri və tövsiyələri dinlənilib. Musayev və komitə üzvləri ölkə futbolunun hazırkı durumu müzakirə ediblər.

 

Mənbə: affa.az

Xəbər lenti