24 İyul 17:51 Rauf Əliyev Badri Kvaratsxeliyaya çatdı
FUTBOL xəbərləri 24 İyul 17:51
1197 baxış

Rauf Əliyev Badri Kvaratsxeliyaya çatdı

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin İslandiya “Hafnarfyordur”u ilə cavab oyununda qol sevinci yaşayan Rauf Əliyev siyahıdakı mövqeyini yaxşılaşdırıb.

 

“İnter”in 26 yaşlı hücumçusu avrokuboklarda 4-cü dəfə fərqlənməklə, Badri Kvaratsxeliya, Branimir Subaşiç, Corc Leroy və Feliks Felipe Almeydaya çatıb. Bütün qollarını Avropa Liqasında vuran Rauf 3 dəfə “Qarabağ”, 1 dəfə “İnter”in heyətində qol sevinci yaşayıb.

 

yer

futbolçu

qol

1

Reynaldo Silva

8

2

Rəşad Sadiqov

7

3

Baçana Sxadadze

6

4-7

Əfran İsmayılov

5

 

Julus Vobay

5

 

Rəşad Sadıqov

5

 

Vüqar Nadirov

5

8-12

Badri Kvaratsxeliya

4

 

Branimir Subaşiç

4

 

Corc Leroy

4

 

Feliks Felipe Almeyda

4

 

Rauf Əliyev

4

 

 

Xəbər lenti