21 İyun 21:02 “Real” 100 milyon avrodan imtina etdi
FUTBOL xəbərləri 21 İyun 21:02
1167 baxış

“Real” 100 milyon avrodan imtina etdi

“Real”ın ulduz futbolçusu Xames Rodrigez “Mançester Siti”nin maraq dairəsinə düşüb. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, “şəhərlilər” kolumbiyalı hücumçu üçün “kral klubu”na 100 milyon avro təklif edib.

 

Ancaq Madrid klubunun rəhbərliyi bu təklifi qəbul etməyib.

 

Xatırladaq ki, “Real” Rodrigezi ötən ilin yayında “Monako”dan 80 milyon avroya transfer etmişdi.

 

Qeyd edək ki, 23 yaşlı ulduz oyunçu ötən mövsüm La Liqada meydana çıxdığı 29 oyunda 13 qol vurub, 13 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti