11 Noyabr 16:35 “Real” Beylsiz daha güclüdü
FUTBOL xəbərləri 11 Noyabr 16:35
739 baxış

“Real” Beylsiz daha güclüdü

“Real”ın yarımmüdafiəçisi Qaret Beyllə bağlı maraqlı statistik araşdırma aparılıb. Apasport.az-ın AS nəşrinə istinadən məlumatına görə, uelsli futbolçunun yoxluğunda “kral klubu” daha güclü çıxış edir.

 

Belə ki, 2013-cü ilin yayından İspaniya nəhənginin formasını geyinən 26 yaşlı futbolçu indiyə qədər 34 qarşılaşmada iştirak edə bilməyib. Maraqlıdı ki, “Real” həmin görüşlərin 28-də qələbə qazanıb, 5-də heç-heçə edib və yalnız 1-də məğlub olub. Bu isə orta hesabla 82,3%-lik nəticədi. Madridlilər bu oyunlarda 111 (orta hesabla hər oyunda 3,2) qol vurub, 20-ni (0,58) buraxıblar.

 

Beylin meydançada olduğu 99 matçda isə “Real” bu nəticəni göstərib – 70 qələbə, 13 heç-heçə, 16 məğlubiyyət.

Xəbər lenti