29 İyun 09:14 “Real” “Mançester Yunayted”i razı sala bilmir
FUTBOL xəbərləri 29 İyun 09:14
854 baxış

“Real” “Mançester Yunayted”i razı sala bilmir

“Real”ın David De Xea transferi, deyəsən, baş tutmayacaq. Apasport.az saytı xəbər verir ki, “kral klubu” qapıçının keçidi ilə bağlı “Mançester Yunayted”lə heç cür razılığa gələ bilmir.

 

İspaniya klubunun son təklifi 20 milyon avro olsa da, bu məbləğ ingilisləri qane etməyib. “Mançester Yunayted” rəhbərliyi 25 yaşlı qolkiperi 45 milyon avrodan aşağı qiymətə satmayacağını bəyan edib.

 

Qeyd edək ki, David De Xea “Mançester Yunayted”ə 2011-ci ildə “Atletiko”dan keçmişdi.

Xəbər lenti