25 Avqust 15:04 “Real” və “Bavariya”nın futbolçuları Bakıya gəlir
FUTBOL xəbərləri 25 Avqust 15:04
764 baxış

“Real” və “Bavariya”nın futbolçuları Bakıya gəlir

21 yaşadək futbolçulardan ibarət Avstriya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2017-nin seçmə mərhələsinin sentyabrın 4-də Azərbaycan, 8-də Rusiya ilə qarşılaşmalara 23 futbolçu çağırılıb.

 

Baş məşqçi Verner Qreqoriç daha 16 futbolçunu ehtiyat siyahıya daxil edib. Mütəxəssisin dəvət göndərdiyi futbolçuların böyük hissəsi ölkə xaricində legioner həyatı yaşayır. Avstriya millisinə “Real” və “Bavariya” kimi klubların da oyunçuları çağırılıb.

 

Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu “Dalğa Arena”da keçiriləcək.

 

Qapıçılar: Daniel Bahmann (“Ross Kantri”, Şotlandiya), Markus Kuster (“Mattersburq”), İvan Luçiç (“Bavariya”, Almaniya)


Müdafiəçilər: Lukas Quqqaniq (“Frankfurt”, Almaniya), Lukas Yaqer (“Altax”), Filip Linhart (“Real”, İspaniya), Kristof Marçinko (“Austriya”), Fillip Mvene (“Ştutqart”, Almaniya), Filip Poş (“Admira Vakker”), Ylli Sallahi (“Karlsrue”, Almaniya), Kristian Şoissenqeyr (“Şturm”)

Yarımmüdafiəçilər: Kristian Derflinqer (“Qrodiq”), Nikola Dovedan (LASK), Kristian Qartner (“Fortuna”, Düsseldorf, Almaniya), Valentino Lazaro (“Zalsburq”), Martin Rasner (“Qrodiq”), Tarkan Serbest (“Austriya”), Luis Şaub (“Rapid”), Alessandro Şopf (“Nürnberq”, Almaniya), Dominik Vidra (“Paderborn”, Almaniya)

Hücumçular: Kevin Freyzinbixler (“Austriya”), Mihael Qreqoriç (“Hamburq”, Almaniya), Florian Qrilliç (“Verder”, Almaniya)

Ehtiyat futbolçular: Patrik Vesseli, Markus Bluç, Marvin Eqo (hamısı “Admira Vakker”), David Domey (“Hayduk”, Xorvatiya), Saşa Horvat, Andreas Qruber (hər ikisi “Şturm”), Aleksander Şlaqer, Bernd Qşveydl, Roman Kerşbaum,  (hamısı “Qrodiq”), Marko Kvasina (“Austriya”), Francesco Lovriç (“Stutqart”, Almaniya), Bernhard Luxbaxer (FAC), Xavyer Şlaqer, Filip Vieqinqer  (hər ikisi “Lieferinq”), Sven Spranqler (“Mattersburq”), Sebastyan Vimmer (“Volfsburq”, Almaniya).

 

Xəbər lenti