30 Oktyabr 16:20 “Real”da 4-ü sağaldı, 1-i zədələndi
FUTBOL xəbərləri 30 Oktyabr 16:20
620 baxış

“Real”da 4-ü sağaldı, 1-i zədələndi

“Real”ın zədəli futbolçuları bir-bir sıraya dönür. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “kral klubu”nun 4 futbolçusu zədəsini sağaldıb.

 

Bunlar müdafiəçilər Pepe, Alvaro Arbeloa, yarımmüdafiəçi Hames Rodriges və hücumçu Kərim Benzemadı. Adıçəkilən futbolçuların hər biri artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Onların La Liqanın növbəti turunda “Las Palmas”la qarşılaşmada iştirakı gözlənilir.

 

Əvəzində əsas qapıçı Keylor Navas sıradan çıxıb. Baş məşqçi Rafael Benites mətbuata açıqlamasında Navasın qarşıdakı matçı buraxma ehtimalının yüksək olduğunu bildirib. “Las Palmas”la qarşılaşmada çərçivədə çox güman ki, Kiko Kasilya duracaq.

 

Qeyd edək ki, La Liqanın X turu çərçivəsində keçiriləcək “Real” – “Las Palmas” görüşü sabah baş tutacaq.

Xəbər lenti