15 Oktyabr 08:28 “Real”ın futbolçusu məşqlərə başladı
FUTBOL xəbərləri 15 Oktyabr 08:28
440 baxış

“Real”ın futbolçusu məşqlərə başladı

Madrid “Real”ının futbolçusu Serxio Ramos zədəsini sağaldıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi komanda ilə birgə məşqlərə başlayıb.

 

Çiynindən zədə alan Ramos İspaniya yığmasının son 2 görüşünü buraxmalı olmuşdu. Sıraya dönən futbolçu La Liqanın VIII turunda “Levante”yə qarşı oynaya biləcək. Ramosun özü də oynamağa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, Serxio Ramos İspaniya çempionatının cari mövsümündə 4 matçda meydana çıxıb. 

Xəbər lenti