31 İyul 20:34 “Real”ın futbolçusu rəsmən “Qalatasaray”da - FOTO
FUTBOL xəbərləri 31 İyul 20:34
1401 baxış

“Real”ın futbolçusu rəsmən “Qalatasaray”da - FOTO

“Qalatasaray” Madrid “Real”ının futbolçusu Xose Rodrigez Martinesi heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, klub bu barədə  rəsmi saytından xəbər yayıb.

 

Futbolçu üçün köhnə klubuna nağd pul ödənməyəcək. Əvəzində isə oyunçu əgər mövsüm ərzində 30 oyunda meydana çıxarsa “kral klubu”na 250 min avro ödənəcək.

 

Gənc oyunçu başqa bir kluba satılacağı təqdirdə isə əldə olunan vəsaitin 30 faizi “Real”a ödənəcək.

 

Əlavə olaraq qeyd edək ki, gənc futbolçu “Qalatasaray”la 4 illik müqavilə imzalayıb və ilk 2 il üçün 800 min avro birbaşa və hər oyun üçün 10 min avro, sonrakı 2 il üçün isə 850 min birbaşa və hər oyuna 10 min avro qazanacaq.

Xəbər lenti