22 İyun 20:43 “Real”ın kapitanları Florentino Peresdən narazıdı
FUTBOL xəbərləri 22 İyun 20:43
841 baxış

“Real”ın kapitanları Florentino Peresdən narazıdı

“Real”ın bir neçə futbolçusu ilə klub prezidenti Florentino Peres arasında narazılıq yaranıb. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, narazı futbolçulara komandanın qapıçısı və kapitanı İker Kasilyas və vitse-kapitanlar Serxio Ramos və Kristiano Ronaldo başçılq edir.

 

Kasilyasın əsas narazılığı Mourinyo ilə olan konfliktində prezidentin onun tərəfində olmaması və tez-tez kluba Buffonu dəvət etmək istəməsi ilə bağlıdı.

 

Portuqaliyalı ulduz Ronaldo isə Karlo Ançelottinin qovulması və onun baş məşqçi haqqında fikirlərinin diqqətə alınmamasından narazıdı. Bundan əlavə Ronaldonun komandanın həkimi Xesus Olmo ilə müqavilənin yenilənməsindən də xoşu gəlməyib. Həkimin zədələri sağaltmaq metodu futbolçuların xoşuna gəlmir.

 

Serxio Ramos isə “Barselona”nın prezidentliyinə namizəd Jordi Mayonun seçki kampaniyasında onun adını hallandırmasına klub tərəfindən rəsmi etiraz bildirilməməsini bəyənməyib.

 

Artıq iki futbolçunun - Kasilyas və Ramosun komandadan gedəcəyi haqqında söhbətlər dolaşmaqdadı.

Xəbər lenti